Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:35

Makedoniyanı Yuqoslaviyadan müharibəsiz çıxardan Gligorov vəfat edib


Makedoniyanın demokratik yolla seçilmiş ilk prezidenti Kiro Gligorov 94 yaşında vəfat edib.
O paytaxt Skopyedə yuxuda ikən ölüb.

Gligorov Makedoniya Yuqoslaviya tərkibində olanda 1991-ci ildə prezident seçilmişdi.
O ayrılmağı referenduma çıxardaraq Makedoniyanın Yuqoslaviyadan çıxmasına başçılıq edib.

Makedoniya onun başçılığı ilə yeganə respublika oldu ki, Yuqoslaviyadan müharibəsiz çıxa bildi.

Gligorov 1994-cü ildə yenidən prezident seçilmişdi.
Bir il sonra maşına qoyulmuş bombanın partlamağı ilə ağır yaralanmışdı.
XS
SM
MD
LG