Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:26

Uşaq poliklinikalarının məlumat bazası “elektron”laşır


Bakının uşaq poliklinikalarının məlumat bazası kağız arxivindən tamamilə elektron varianta keçirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2012-ci ilin sonuna qədər regional poliknikaların məlumat bazası da rəqəmsal formata keçiriləcək.
Yeni doğulanlara həm də "Elektron plastik kartlar" verilir. Elektron sağlamlıq kartları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə pulsuz olaraq valideynlərə verilir.
Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il 490 mindən artıq "Elektron sağlamlıq kartı" verilib.
Bu kartların ümumi sayından təxminən 44,5 mini dərman preparatlarının pulsuz əsasda verildiyi pasiyentlər kateqoriyasının payına düşür, 96,6 min kart isə tibbi müayinədən keçən pasiyentlərə ayrılıb.
Kartlarda sahibin şəxsiyyəti, tibbi və sosial sığortaları və s. haqqında məlumat yer alır. (Trend)

Günün bütün mövzuları

XS
SM
MD
LG