Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:00
Dekabrın 31-də Bakıda İran və Fransa səfirliklərinin qarşısında aksiya keçirilib.

İran səfirliyi qarşısında aksiya keçirən Klassik Xalq Cəbhəsi Partiyasının üzvləri İranda azərbaycanlıların ana dilində təhsil alma hüququnun pozulması və onlara sərt cəza verilməsinə etiraz ediblər.

Fransa səfirliyi qarşısnda aksiya keçirən Gəncliyin Elmi Mədəni İctimai Təşkilatının üzvləri isə, Fransa Milli Assambleyasının «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul etməsinə etiraz bildiriblər.

Aksiyaçılar Fransa və Ermənistan prezidentlərinin fotolarını yandırıblar.

Polis aksiyalara müdaxilə etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG