Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:13

İzdivac verilişləri dayandırıla bilər


Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli
“Azərbaycan telekanallarındakı izdivac verilişləri Milli Televiziya və Radio Şurasını çox narahat edir. Belə davam edərsə, Şura bu verilişləri dayandırmaq məcburiyyətində qalacaq”.

APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli 2011-ci ilin yekunlarına həsr olunmuş iclasda bildirib. MTRŞ sədri qeyd edib ki, gələcəkdə telekanalların musiqi redaksiyaları ilə bağlı da qərar veriləcək və musiqi redaksiyalarındakı keyfiyyətsizlik aradan qalxacaq:

“Efirə çıxarmağa layiq olmayanların efirə buraxılması halları çoxdur. Qeyri-demokratik qərar olsa da, teleradio kanallarında bədii şuraların yaradılmasını tələb etməliyik”.

MTRŞ gələn ilin mayından etibarən telekanallarda xarici serialların yayımını qadağan edən qərar da qəbul edib.
XS
SM
MD
LG