Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25

Şəxsiyyət vəsiqəsi ilə Avropaya getmək şansı, «ziyalı» arşını və «Koroğlu» stansiyası


31 dekabr tarixində çap edilmiş qəzetlər

31 dekabr tarixində çap edilmiş qəzetlər

«Ayna» qəzeti yazır ki, «Şəxsiyyət vəsiqəsi ilə Avropaya gedə biləcəyik»: «Dəyişikliyə görə, şəxsiyyət vəsiqəsinin 16 yaşına çatanadək və 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən növləri ləğv ediləcək. Bir sıra başqa dəyişiklikləri nəzərdə tutan qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Qəzetin yazdığına görə, şəxsiyyət vəsiqələrini İsveçrə şirkəti hazırlayacaq.

«Azadlıq» qəzeti «YAP-ın «ziyalı» arşını»ndan yazır. Qəzetə ziyalı məsələsində hakimiyyət rəsmilərinin bir araya gələ bilmədiyini yazır. «Siyavuş Novruz deyir ki, ziyalı olmaq ancaq elm adamı olmaq demək deyil. Bunun üçün həmin şəxsin millət qarşısında müəyyən xidmətləri də olmalıdır. Əli Əhmədov isə deyir ki, ziyalı əgər öz peşəsini buraxıb siyasətə baş vurursa bu, onun tükəndiyini göstərir».

Qəzet yazır ki, bunun hansınana inanaq: «Ziyalı təkcə elm adamıdırsa, demək Əli Əhmədov özü də siyasətdən imtina edib kafedra müdirliyi ilə məşğul olmalıdır. Yox, ziyalı Siyavuş Novruzovun dediyi kriteriyaya cavab verməlidirsə, onda problem nədədir? Elə Foruumda toplaşan ziyalılarımız da bu işlə məşğul deyillərmi?»-deyə qəzet yazır.

Ziyalılar Forumunun görüşü

Ziyalılar Forumunun görüşü

«Yeni Azərbaycan» Ziyalılar Forumu ilə bağlı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun fikirlərinə yer verib: «Biz bir-iki ali təhsilli adamı öz ətrafına yığanların Azərbaycan ziyalıları adından çıxış etməmələrini arzu edirik. «Ziyalılar dəfələrlə Heydər Əliyev adına sarayda 2 min nəfərlik, Şəhriyyar Mədəniyyət Mərkəzində 750 nəfərlik, Gülüstan sarayında 1000 nəfərlik toplantılar keçiriblər. Azərbaycanda ziyalı forumunun keçirilməsi üçün hər cür şərait var»- deyə Əli Həsənov bildirib.

«Yeni Müsavat» qəzeti 3 ay əvvəl Azərbaycana gələn İspan vətəndaşı, 41 yaşlı Pablo Qomes Diasla müsahibə dərc edib. İspan vətəndaşına görə, «Azərbaycanda insanlara hər an ölümü xatırladırlar, biz isə ölüm barədə çox danışmırıq. Biz dostlarla görüşmək üçün bara gedirik, siz toya. Azərbaycanlılar həm toya getməyi xoşlamır, həm də məcburən gedirlər»-deyə ispaniyalı həmsöhbət bildirib.

«Bizim yol» qəzeti yazır ki, «2011-ci il mətbuat üçün daha ağır il oldu».

Qəzet 2011-ci il mətbuatın vəziyyəti ilə bağlı «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikirlərinə yer verib.

Mehman Əliyev deyib ki, «Məndə olan məlumatlara görə, son 10 ildə mediaya 100 milyondan çox qrant verilib. Bu maliyyəyə söykənərək elə layihələr həyata keçirilməli idi ki, azad medianın qorunub saxlanmasına kömək etsin. Əsasən formal layihələr olub, böyük pullar mənimsənilib».

«Azərbaycan» qəzeti metronun «Koroğlu» stansiyasının (keçmiş Əzizbəyov stansiyası) açılışından və prezidentin həmin aşlışda iştirakından yazır. Qəzet yazır ki, «Bakı Metroplitenində ilk dəfə olaraq stansiyanın vestibülündə yaşıl bağ salınıb»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG