Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:51
2002-ci ilin sonunda Danimarkanın o vaxtkı baş naziri Anders Fogh Rasmussen Avropa Birliyinin misli görünməmiş genişlənməsini nəzərdə tutan sazişin imzalanmasını təmin etmişdi. Həmin saziş nəticəsində növbəti bir neçə il ərzində əsasən Mərkəzi və Şərqi Avropadan olan 10 ölkə birliyə üzv olmuşdu.

2012-ci ilin yanvarın 1-də sədrlik yenidən 6 ay müddətinə Danimarkaya keçəcək. Brüsseldə Avropa Siyasəti Mərkəzi Araşdırma Təşkilatından Amanda Paul bunları deyir:

«İnanıram ki, Danimarka işləri öz məcrasında aparacaq. Ancaq işlərin sürətlənməsinə xüsusi təkan verməyəcək. Çünki Danimarka Avropanın daha da geniş miqyasda inteqrasiyasına tərəfdar olan ölkələrdən deyil».

Danimarka Avropa Birliyinin üzvü olsa da öz milli valyutasından istifadə edir. O sədrliyi müddətində Avropa Birliyinin avro istifadə edən 17 ölkəsi ilə öz valyutası olan 10 ölkəsi arasında vasitəçilik etmək kimi çox çətin bir vəzifənin öhdəsindən gəlməli olacaq.

DANİMARKA SƏDRLİYİ POLŞADAN ALACAQ

Polşadan fərqli olaraq Danimarkanın növbəti 6 ay müddətində hər hansı coğrafi əraziyə xüsusi diqqət ayıracağı gözlənilmir. Varşava isə Şərq Tərəfdaşlığı Proqramına xüsusi diqqət yetirirdi. Ancaq Kopenhagen bu işi Avropa Birliyinin diplomatik korpusuna, qurumun Xarici Fəaliyyət Xidmətinə həvalə edəcək.

Bunun səbəblərindən biri Şərq Tərəfdaşlığı Proqramının gözlənildiyi kimi rəvan getməməsi ilə bağlı idi. Sentyabrda Varşavada keçirilən sammiti Belarus boykot etmişdi.

Alyaksandr Lukashenka

Alyaksandr Lukashenka

2012-ci ildə Şərqi Avropa ölkələrinin çoxu ilə viza sadələşdirilməsi və azad ticarət sazişi ilə bağlı danışıqların davam etdiriləcəyi gözlənilir. 2011-ci ilin son aylarına razılaşdırılmış Ukrayna ilə assosiasiya sazişi üzrə işlər davam etdiriləcək. Ancaq Avropa Birliyi bu sənədin imzalanmasını güman ki, payızda Ukraynada keçiriləcək parlament seçkilərinə qədər təxirə salacaq. İmzalanandan sonra belə 27 üzv dövlətin sənədi ratifikasiya etməsi bir xeyli vaxt aparacaq.

Carnegie Europa təşkilatından Olga Shumylo- Tapiola deyir ki, Avropa Birliyi Ukraynanı diqqətdə saxlamaqda davam edəcək. Ancaq Kiyev də Avropa Birliyində ona marağın qalması üçün parlament seçkilərini maksimum azad və ədalətli keçirməlidir. O həm də Avropa Birliyi ilə Belarus arasında münasibətlərdə hər hansı dəyişiklik olacağına şübhə edir. O, birliyin Belarus rejiminə tətbiq etdiyi sanksiyaların prezident Alyaksandr Lukashenkaya təsir etmədiyinə görə, belə qənaətə gəlib:

«Düşünürəm ki, Belarusun məsələsini bir kənara qoyub daha əlverişli vaxt gözləyirlər. Məncə üzv dövlətlərin çoxu üçün belə uyğundur. Çünki onlar Lukashenkanın getməsini gözləyirlər. Yalnız bundan sonra Belarusda pozitiv dəyişikliklər ola bilər».

2011-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edənlərin aksiyalarını qəddarcasına yatırdığına görə, Avropa Birliyi Belarus rejimi ilə bağlı olan 200-dən çox şəxsin xaricdəki bank hesablarını dondurub və viza qadağası qoyub. Bir sözlə, Danimarkanın sədrliyi dövründə birliyin qonşuları ilə bağlı yeganə real uğur Balkanlardan gözlənilir.

Gələn ilin fevralında Serbiyaya Avropa Birliyinə üzvlüyə namizəd statusunun veriləcəyi planlaşdırılır. Belqrad bu statusu qurumun dekabrda keçirilən sonuncu sammitində almaq istəyirdi. Ancaq Almaniyanın israrlı etiraz buna imkan vermədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG