Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:42

Rusiyanın 167 m-lik atom sualtı qayığında yanğın söndürülüb


Rusiyanın Fövqəladə hallar nazirliyinin rəsmiləri bildirib ki, atom sualtı qayığında 9 saatdan çox davam edən yanğın söndürülüb, ancaq buxar çıxmaqdadır.

Bundan əvvəl rəsmilər demişdilər ki, Murmanskın bir neçə km-liyində olan qayıqdan radiasiya sızmayıb.

167 m-lik qayıqda nüvə reaktoru söndürülüb və bütün silahlar çıxarılıb.
Qayıqda bir neçə komanda üzvü qalmaqdadır. Onlar temperatur və karbon dioksid rejiminə nəzarət edirlər. 7 dənizçi xəstəxanadadır. Onların həyatına təhlükə yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG