Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

Rusiyanın atom sualtı qayığında yanğın nəzarətə alınıb


Rusiya rəsmiləri bildiriblər ki, atom sualtı qayığında 9 saatdan çox davam edən yanğın artıq nəzarət altındadır.

Fövqəladə hallar naziri Shoigu deyib ki, Yekaterinburq sualtı qayığında yanğın lokallaşdırılıb.

Bundan əvvəl rəsmilər demişdilər ki, Murmanskın bir neçə km-liyində olan qayıqdan radiasiya sızmayıb.

167 m-lik qayıqda nüvə reaktoru söndürülüb və bütün silahlar çıxarılıb.

Qayıqda bir neçə komanda üzvü qalmaqdadır. Onlar temperatur və karbon dioksid rejiminə nəzarət edirlər. 7 dənizçi xəstəxanadadır. Onların həyatına təhlükə yoxdur.
XS
SM
MD
LG