Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:11

“Muskomediya”nın üç aktyoru ştatdan çıxarılıb


Azərbaycan Dövlət Musiqili Komediya Teatrında 65 yaş həddi ilə əlaqədar üç aktyor ştatdan çıxarılıb.

Bunu Lent.az-a teatrın truppa müdiri aktyor Novruz Qartal deyib. Onun sözlərinə görə, ştatdan çıxarılan aktyorlardan iki rus, biri Azərbaycan bölməsində çalışıb.

Bunlar əməkdar artistlər Səmayə Musayeva, Boris Qrafkin və aktrisa Tatyana Mardasovadır: “Bu aktyorlar ştatdan çıxarılıblar.

Yalnız tamaşaları olanda gəlib rollarını oynayıb gedirlər. Hər tamaşaya görə də 50 manat qonorar alırlar. Amma bununla dolanmaq çətindir. Elə aktyor var ki, ayda cəmi bir tamaşa oynayır”.

Novruz Qartal bu çətinliyin onu da gözlədiyini qeyd edib. Çünki gələn ilin martında 65 yaşı tamam olacaq:

“Martda bu təhlükə məni də gözləyəcək. Aktyor üçün 65 yaş nə yaşdı axı? Aktyoru işdən çıxarmaq onu diri-diri öldürmək deməkdir”.
XS
SM
MD
LG