Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 17:10

Keçmiş arvadı Vısotski haqqında filmi “təhqiramiz” sayır


Marina Vladi
Marina Vladi
Rusiya prokatında ən çox baxılan filmlərdən olsa da, «Высоцкий. Спасибо, что живой» filmi tanınmış sovet müğənnisi və aktyoru Vladimir Vısotskinin keçmiş arvadının xoşuna gəlməyib.

Fransız aktrisası Marina Vladi deyib ki, “film Vısotskinin sənətini, xatirəsini, eləcə də bizim bizim birgə həyatımızı təhqir edir”

Aktrisanın fikrincə, sözügedən film kino industriyasının “ucuz məhsulu”dur.

Marina Vladi Vısotskinin böyük oğlu Nikitanı da tənqid edib.

“Aktyorla Vısotski arasında mümkün qədər çox oxşarlığa nail olmaq üçün Vısotskinin böyük oğlu onun ölüm maskasının silikon surətinin çıxarılmasına icazə verməsi ilə lovğalanırmış. Volodyanın ölümqabağı maskasını mən çıxarmışdım. Bu, təkcə qalmaqal deyil, həm də əxlaqsız hərəkətdir. Əgər dindar olsaydım, deyərdim ki, böyük günahdır. Mən hiddətlənmişəm və həm də çox məyusam”.

Rejissor Pyotr Buslovun Vısotskiyə həsr edilmiş filmi 2011-ci il dekabrın 1-də ekranlara çıxıb. Film 1979-cu ilin 5 günü haqqındadır.

Vısotski Özbəkistanda qastrol səfərində olduğu həmin günlərdə klinik ölüm keçirmiş və dozadan artıq narkotik qəbul etdiyi üçün az qala həyatını itirmişdi.

Filmin ssenarisini Vısotskinin oğlu Nikita yazıb. Bəziləri hesab edir ki, film - Nikita Vısotskinin Parisdə başqa bir qadınla əlaqəsinə görə öz atasından aldığı qisasdır.
XS
SM
MD
LG