Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:59
Ermənistan Silahlı Qüvvələri 2011-ci ildə cəbhə xəttində atəşkəs rejimini 774 dəfə pozub.

Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumatda qeyd edilir ki, atəşkəsin pozulması nəticəsində Azərbaycan 19 vətəndaşını itirib, 24 nəfər isə yaralanıb.

Ölənlərdən 15-i hərbçi, 4 nəfər isə mülki sakindir. Onlardan 2-si uşaqdır.

Yaralananlardan isə 19-u hərbçi, 5-i mülki şəxsdir.

Atəşkəsin ən çox pozulması faktı sentyabr (119), mart və may aylarında (hər ay 80 dəfə) qeydə alınıb.

Rayonlar üzrə isə atəşkəsin pozulması ən çox Füzulidə qeydə alınıb. Bu istiqamətdə Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri il ərzində 228 dəfə atəşə məruz qalıb. /apa/

Erməni ordusu da Azərbaycan tərəfi atəşkəsi pozmaqda ittiham edir. Dekabrın 22-də Qarabağdakı erməni qüvvələrin rəhbərliyi bildirib ki, 2011-ci ildə atəşkəsin pozulması nəticəsində 11 əsgər itiriblər, 34 nəfər də yaralanıb.

Erməni tərəf həm də məlumat verir ki, 2010-cu ilə baxanda 2011-ci ildə əsgər ölümlərinin sayı 23 faiz azalıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG