Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:44

Bir sıra dövlət müəssisələrində maaşlar 10 faiz artırılıb


Foto arxiv
Foto arxiv
Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının 10 faiz artırılması haqqında sərəncam imzalayıb.
Sərəncam aşağıdakı təşkilatlara şamil edilir:

-Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin Aparatı, Elmi İnnovasiyalar Mərkəzi;

-Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;

- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası;

- Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc);

- “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

- Azərbaycanda Atatürk Mərkəzi;

- Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu;

- Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;

- Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı;

- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;

- Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;

- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi.
XS
SM
MD
LG