Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:53

İran Hörmüz boğazını bağlasa...


Dekabrın 28-də İran ordusunun hərbi dəniz qüvvələrinin komandanı Habibolah Sayyari Hörmüz boğazında hərbi təlim zamanı jurnalistlərlə danışır. speaks with media during the Velayat-90 war game on Sea of Oman near the Strait of Hormuz, 28Dec2011

Dekabrın 28-də İran ordusunun hərbi dəniz qüvvələrinin komandanı Habibolah Sayyari Hörmüz boğazında hərbi təlim zamanı jurnalistlərlə danışır. speaks with media during the Velayat-90 war game on Sea of Oman near the Strait of Hormuz, 28Dec2011

Bu hədənin təkcə dilə gətirilməsi dünya bazarlarında neftin qiymətini dərhal 3 dollar qaldırdı.

İran rəsmiləri bu günlərdə deyiblər ki, onlar hərbi dəniz təlimlərinin keçirilməsi ilə əlaqədar Hörmüz boğazını bağlaya bilərlər.

İranlı deputat Pərviz Süruri bildirib ki, “Əgər dünya bu regionu qeyri-sabit görmək istəyirsə, biz də dünyada sabitliyi pozacağıq”.

Söhbət BMT-nin mübahisəli nüvə proqramı ilə bağlı Tehrana sanksiyalar qoymasından və İranın buna mümkün reaksiyasından gedir.

Bu arada ABŞ Hörmüz boğazına tərəf təyyarə daşıyan gəmi göndərib və boğazın bağlanmasına imkan verməyəcəyini deyib.

Fars körfəzindəki Hörmüz boğazı dünya ölkələrinin neft təchizatı üçün çox vacibdir.

Hər gün dünya bazarlarına çıxarılan neftin 17 faizi buradan keçir.

Dubayda yerləşən Yaxın Şərq və Körfəz Hərbi Analitik İnstitutundan Theodore Karasik deyir ki, körfəz bağlanarsa, dünya bazarlarında şok effekti verər və neftin qiyməti 2-3 dəfə artar:

“Nəticəsi o olar ki, gəmilərlə beynəlxalq yük daşınmaları, xüsusən neft daşınmaları dayanar və bu, dünya ölkələrinin iqtisadiyyatına böyük təzyiq olar. Nerftin qiyməti kəllə-çarxa çıxar, güman ki barreli 250 dollara qalxar”.

HƏDƏ, YOXSA REAL TƏHLÜKƏ?

Amma azərbaycanlı enerji ekspert, Neft-qaz Araşdırmaları İnstitutunun rəhbəri İlham Şaban İranın belə bir addım atacağına inanmır.

O deyir ki, əvvəla boğazın bir tərəfi İrandırsa, o biri tərəfi Omandır.

“Digər tərəfdənsə, o ətrafda ərəb ölkələrinin, eləcə də Amerikanın donanmaları da var. İran gəmilərini boğaza düzərsə, onda həmin donanmaları oradan çıxarmalıdır. Bu isə artıq müharibəyə başlamaq demək olardı”.

İlham Şaban İranın boğazı bağlamaq üçün müharibəyə əsas verəcəyini düşünmür.


İlham Şaban

İlham Şaban

Əgər bu baş verərsə, o, dünya bazarlarında yarana biləcək təlaşın qısamüddətli olacağı, qiymətlərin tez bir zamanda sabitləşəcəyi fikrindədir.

İlham Şaban deyir ki, İran dünyanın ən böyük neft ixracatçılarındandır, amma münaqişə yaranarsa, Səudiyyə Ərəbistanı və İraq bazara yetərincə əlavə neft çıxara bilərlər.

ABŞ-ın Dəniz Savaşı Kollecindən James Kraska deyir ki, İranın boğazı bağlaması BMT-nin 1982-ci ilə aid Dəniz qanunu Konvensiyasına zidd olardı.

Həmin konvensiyaya görə, gəmilər beynəlxalq sulardan keçməyə görə sahil dövlətlərindən icazə almamalıdırlar.

Buna görə də, İranın boğazı bağlamağa haqqı çatmır.

Hərçənd nə İran, nə də Amerika həmin Konvensiyanı imzalayıblar.

İRAN DONANMASININ GÜCÜ NƏ QƏDƏRDİR?

Washington-dakı Yaxın Şərq Siyasəti İnstitutundan Michael Eisenstadt deyir ki, Iran boğazın bağlanmasına illərdir hazırlaşır, hərbi donanmasını gücləndirir.

İran donanmasında istər müxtəlif ölçülü və funksiyalı hərbi gəmilər, istər sualtı qayıqlar, istərsə də dəniz minaları var.

Amma onun fikrincə, İran bu addımı atarsa, boğazın bağlanması təxminən 1 həftə çəkə bilər:

“Bir sözlə, iranlılar boğazı bağlamaq haqqında çoxdan danışsalar da, onlar bunu yalnız bir neçə günlüyünə edə bilərlər. Əgər məsələyə ABŞ qarışarsa və daşınmaları bərpa etmək üçün tədbir görərsə, nəticə İran donanmasının məhvi və boğazın yenidən açılması olacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG