Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:53

İran təhlükəyə təhlükəylə cavab verəcəyini deyir


İran təhlükəyə təhlükəylə cavab verəcək.

Bunu İran İnqilab Qvardiyasının komandirlərindən biri Hussein Salami Hörmüz boğazı ətrafında yaranmış vəziyyətə münasibət bildirərkən deyib.

ABŞ-ın Fars körfəzindəki 5-ci hərbi dəniz donanması bundan əvvəl İranın Hörmüz boğazını bağlamasına imkan verməyəcəyini bildirmişdi.

İranın 1-ci vitse-prezidenti Mohammad Reza Rahimi ötən çərşənbə axşamı bəyan edib ki, əgər İrana qarşı yeni sanksiyalar tətbiq edilsə Tehran Hrmüz boğazında neft tankerlərinin hərəkətini dayandıracaq.

Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramı ilə bağlı son hesabatından sonra Tehrana qarşı yeni sanksiyaların mümkünlüyü daha da artıb.

Agentliyin hesabatında İranın nüvə proqramı üzərində işləməsinin əlamətləri olduğu bildirilir.
Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG