Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:34
Murad Köhnəqala


İSMAYILIN NÖMRƏ DƏFTƏRLƏRİ

Bakı mənim gördüyüm üçüncü şəhər olub. İlk dəfə Gəncəni görmüşəm, sonra isə Tiflisə getmişəm. Ona görə Gəncə uşaqlığımın, Tiflis yeniyetməliyimin, Bakı isə gəncliyimin şəhəridi.

Adətən, Gəncəyə getmək üçün kənddən Qovlar qəsəbəsinə gələr, elektrik qatarına minərdik. Kənddən apardığımız mer-meyvəni, kartof-soğanı satıb özümüzə məktəb paltarı alardıq. Balağı enli şalvarları bizə Gəncə dərziləri tikərdi.

İlk dəfə Qovlara gələndə adı dillər əzbəri olan Dəli Xanımı da orda gördüm. Valideynlər uşaqlarını məzəmmət eləyəndə: “Dəli Xanım kimi nə ağzına gələni danışırsan?” – deyərdilər.

Dəli Xanım nazik bədənli, ucaboylu, həm də yaraşıqlı bir qadın idi. Mən onu görəndə təxminən 30-35 yaşlarında olardı. Hansısa qadını imitasiya eləyərək həmişə dodağına pomada çəkərdi. Bərk söyüşcül idi.

Çox vaxt kişi söyüşləri söyərdi. Kişilər məzə üçün Dəli Xanıma pul verib bir-birini söydürərdi. Xanım pulu alıb sifariş olunan istənilən kişini gedib söyərdi. Söyüşsüz, ədəbli sovet dövründə qadının bir kişini söyüşlərə qərq etməsi şok yaradırdı. Heç kim də Dəli Xanımın bu hərəkətindən inciməzdi.


Dəli Xanımdan sonra Qovlarda İsmayıl adlı gur saçlı, ortaboylu cavan bir oğlan peyda oldu. Ayağına köhnə ayaqqabının dabanını kəsib düzəltdiyi çəkələk, əlində isə qalın dəftər, bir də qələm! Gəlib keçən maşınların arxasınca qaçar, nömrələrini əlindəki dəftərə yazardı.
Onu yalnız vağzal uşaqları incidərdi. Balaca uşaqlar Dəli Xanıma daş atar, onun tərəfə tüpürərdilər. O da tənbəllik eləmədən uşaqların arxasınca söyə-söyə ora-bura qaçardı.

Dəli Xanımın söyməsi balaca uşağın mənasını bilmədiyi söyüş sözlərini dilinə gətirməsinə bənzəyirdi.

İllər keçdi, mən əsgərliyə getdim. İki illik əsgərlikdən sonra Dəli xanımı Qovlarda bir neçə dəfə gördüm. Xeyli qocalmışdı, əvvəlki şuxluğu da itmişdi. Yaşlaşdıqca sanki dəli olduğunu dərk eləmişdi. Belinin bir balaca əyildiyi hiss olunurdu. Sonralar, nədənsə, Dəli Xanım gözə dəymədi...

Dəli Xanımdan sonra Qovlarda İsmayıl adlı gur saçlı, ortaboylu cavan bir oğlan peyda oldu. Ayağına köhnə ayaqqabının dabanını kəsib düzəltdiyi çəkələk, əlində isə qalın dəftər, bir də qələm! Gəlib keçən maşınların arxasınca qaçar, nömrələrini əlindəki dəftərə yazardı.

Bir maşının nömrəsini yazıb bitirməmiş başqa bir maşın gəlib keçəndə İsmayıl lap təntiyər, əlindəkini tez yazar, uzaqlaşanın arxasınca qaçardı. Hərə bir tərəfdə qışqırar, “İsmayıl, qoyma biri də belə getdi!” - deyib onu ələ salardılar. Hərdən düz yolun ortasında dayanar, dörd tərəfdən gələn maşınların arxasına boylanıb məsuliyyətli görkəm alaraq əlindəki dəftəri yazar, gülməli mənzərə yaradardı. Tay-tuşları onu fitə basıb gülərdilər.

Tanıyanlar deyirdi ki, İsmayılın evdə bir qalaq içi nömrələrlə yazılmış dəftəri var. Dəftərlərini itirməmək üçün ən mötəbər bildiyi yerə, yatdığı döşəyin altına döşəyir.

Bir dəfə dostlarla Qovlarda çayxanaların birində oturub söhbətləşirdik. Birdən kimsə “İsmayıl, qoyma getdi!” deyə, əlini stansiyadan keçən yük qatarının səsi gələn tərəfə uzatdı. İsmayıl çəkələyini sürüyə-sürüyə durduğu yerdən stansiyaya tərəf qaçdı. Ürəyimdə kişini qınadım ki, ay zalım, bu yazıq, onsuz da, özünə cəza verir, qatarı nə üçün yadına salırsan?

Bu fikirlərlə durub maraq üçün İsmayılın arxasınca qaçdım. Gördüm, yük qatarı şaqqaşaraq keçdikcə İsmayıl tələsə-tələsə başını qaldırıb vaqonların nömrəsinə baxır və başını endirib dəftərinə yazır. Onsuz da sürətlə ötüb keçən vaqonların nömrəsini dəqiqliklə yazıb çatdırmaq mümkün deyildi. Bilirdim ki, İsmayıl öz dəftərinə mümkün qədər görə bildiyi rəqəmləri alayarımçıq köçürür.

Geri qayıdanda qonşu stolda oturan kişi İsmayılla maraqlandığımı hiss eləyib mənə dedi, oğul, bilirsənmi, o maşın nömrələrini niyə yazır? Dedim, yox, əmi, bilmirəm.
Çox maraqlandım, demək, İsmayılın dəftər yazmağının səbəbi də varmış. Ancaq mən elə bilmişdim bu dəlinin ağlı, sadəcə, maşın nömrələrinə həvəs göstərən uşağın ağlı səviyyəsində qalıb.

Kişi dedi, oğul mən İsmayılı uşaqlığından tanıyıram, bizim yaxınlığımızda yaşayırlar. O, çox ağıllı, mərifətli bir oğlan idi. Neçə il bundan qabaq Qazax-Bakı şossesinin kənarındakı əkin sahələrinin yanında qoyun otarırmış. Yaxınlıqda yolu keçən məktəblilərdən birini, 2-ci sinifdə oxuyan qonşusunun qızını maşın vurub dayanmadan qaçır. İsmayıl uzaqdan qaça-qaça gəlib görür ki, maşın uşağı yerə sərib.

Başı zərblə asfalta dəyib, beyni yola dağılıb. İsmayıl uşağı qucağına alıb qaça-qaça evlərinə gətirir. Ağlaşma, vay-şivən qopur. Hamı İsmayılın üstünə düşür ki, bəs niyə maşının nömrəsini yazıb götürmədin! İsmayıl heç kimə cavab vermir, qurumuş ağac kimi durduğu yerdən tərpənə bilmirmiş. Sən demə, İsmayıl uşaq qucağında gələrkən artıq yolda havalanıbmış...

QAFQAZİNFO

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG