Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:32

Dünyanın 45 ən təsirli fotosu arasında bir Bakı mənzərəsi... (VİDEO)


«Bu şəkli çəkəndən sonra özüm də baxdım. Anladım ki, Azərbaycanda son 20 ilin simvolu ola biləcək bir şəkildir».

Gənc fotoqraf Orxan Aip 2011-ci ilin ən təsirli 45 fotosu sırasında yer alan bir şəkil haqda danışır. Bu fotonu müxalifətin martın 12-də «Fəvvarələr» meydanında keçirdiyi aksiya zamanı çəkib:

«HƏMİN ŞƏKİLDƏKİ OĞLANI GÖRDÜM»

«Əsas kütlə «Azərbaycan» kinoteatrı tərəfdən gəlirdi. Həmin gün əvvəlki aksiyalardan fərqli olaraq polisin kəşfiyyatı daha güclü idi. KİV-in mərkəzə daxil olmasına icazə verilmirdi. Mərkəzə bir qrup yaxınlaşdı və «Azadlıq!», «İstefa!» şüarları səsləndirməyə başladı. Həmin vaxt həmin şəkildəki oğlanı gördüm. Polis onun ağzından tutdu, onu maşına tərəf apardı. Oğlan müqavimət göstərərək şüar səsləndirmək istəyirdi. Oğlanı polis maşınına mindirdilər».

«BU FOTONUN BELƏ MƏŞHURLAŞMASININ SƏBƏBİ...»

Orxanın «Fəvvarələr» meydanında baş verən həmin anı dondurduğu kadr dünyanın bir sıra nüfuzlu KİV-lərində çap olunub. Orxan özü isə deyir ki, bu fotoda qeyri-adilik yoxdur. Sadə bir şəkildir:

«Bu fotonun belə məşhurlaşmasının səbəbi vəziyyəti izah edən hər iki tərəfin simalarındakı ifadədir. Həm polis, həm də gəncin mimika və emosiyalarıdır».

«PARTLAYIŞ OLACAĞINI ƏVVƏLCƏDƏN HİSS EDİRSƏN...»

Orxan Aip

Orxan Aip

Bu foto «Buzzfeed» saytında 2011-ci ilin ən təsirli 45 fotosu arasında yer alıb. Bu sırada «Reuters», «Associated Press», «Time» kimi dünyanın nüfuzlu mətbuat orqanlarının fotoqraflarının işləri də var. Həmin foto Avropa, Amerika, Rusiya və s. ölkələrin müxtəlif KİV-lərində çap olunub.

Orxan deyir ki, həmin anı dondurması bir təsadüf və təcrübədən irəli gəlir:

«Belə ekstremal vəziyyətlərin içində çox olandan sonra gözlədiyin anın gələcəyini əvvəlcədən hiss edirsən. Yəni, elə bil havada sıxlıq daha da artır, insanların simalarından hiss edirsən ki, bir azdan nəsə «partlayış» olacaq. Sadəcə, sənə lazım olan diqqəti toplamaqdır. Yəni, 50 faiz sənsənsə, 50 faiz sırf təsadüflərdir».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən fotoya münasibət bildirmək istəmədilər.

«YALNIZLIĞIN ÜZÜ...»

Orxan isə hazırda 2 illik «Yalnızlığın üzü» adlı foto-layihə üzərində çalışır. Bakıdakı, «3-cü dünya şəhəri»ndəki həyat haqda fotolar çəkir.

Onunla elə «Fəvvarələr» meydanında, həmin fotonun çəkildiyi məkanda söhbətləşdik. Fotokamerası çiynində növbəti çəkilişə tələsir...

«Əl-Cəzirə» telekanalının bu videosunun 01:57-ci saniyəsində fotonun necə çəkildiyini əks etdirən kadrlar var

Şərhləri göstər

XS
SM
MD
LG