Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:41

Bu il Venesuelada 19 mindən çox adam öldürülüb


Bu il Venesuelada zorakılıq aktlarından təxminən 19 500 adam ölüb.

Bu barədə yerli hüquq müdafiəçilərinin yaydığı hesabatda bildirilir.

Sənəddə qeyd edilir ki, orta hesabla gün ərzində ölkədə 53 adam öldürülür.

Bu Latın Amerikası ölkələrinin tarixində ən pis göstəricidir.

Narkomafiyanın güclü olduğu qonşu Meksika ilə müqaisədə bu 4 dəfə çoxdur.

Hüquq müdafiəçiləri qeyd edirlər ki, Hugo Chavez 1998-ci ildə hakimiyyətə gəldikdən sonra ölkədə zorakılıq aksiyaları durmadan artır .

Amma hesabatda bunun konkret səbəbi göstərilmir.
XS
SM
MD
LG