Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:32

Bosniyada hökumət yaradılması ilə bağlı razılıq əldə olunub


Bosniyada parlament seçkisindən 14 ay sonra hökumət yaradılmasıyla bağlı razılaşma əldə olunub.

Bosniyadakı 6 aparıcı partiyanın liderləri həmçinin defoltdan qaçmaq üçün dövlət büdcəsinin əsas parametrlərində razılığa gəliblər.

Bundan başqa Avropa Birliyinin üzvlüyünə ərizə vermək üçün bir sıra qanunlar qəbul ediləcək.

Ötən ilin oktyabrından Bosniyada siyasi böhran yaranmışdı.

Müsəlman, Serb və Xorvat icmalarının siyasi liderləri kompramisə gələ bilmirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG