Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:58

Suriyada yenə ölənlər var


Dünən Suriyanın Homs, Hələb, Hama və Deraa şəhərində hərbçilərin nümayişçilərə açdığı atəş nəticəsində 14 adam ölüb.

Hüquq müdafiəçilərinin məlumatına görə, müxalifətin tərəfinə keçmiş hərbçilərlə ordu qüvvələri arasındakı qarşıdurmalarda isə daha 7 nəfər ölüb.

Ərəb Dövlətləri Liqasının Suriyada olan müşahidəçiləri isə Homsda monitorinqləri davam etdirir. Bu gün onlar Hama, Deraa, İdlib və Dəməşq ətrafına da baş çəkəcəklər.

Suriya müxalifətinin məlumatına görə, Ərəb Dövlətləri Liqası müşahidəçilərinin Suriyaya gəldiyi gündən azı 39 adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG