Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:44
Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə «SOS» aparatları quraşdırılıb.

Bu barədə «Trend»ə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva məlumat verib.

Bu aparatlar hər stansiyada quraşdırılıb və onların vasitəsilə hər bir sərnişin təhlükəli vəziyyət barədə məlumat verə bilər.

«Bunların hamısı sərnişinlərimizin təhlükəsizliyini təmin etmək, terror aktlarından qaçmaq və xəbərdarlıq etmək üçün vacibdir», - Tanrıverdiyeva qeyd edib.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 23 stansiyaya malikdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG