Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:23

Türkiyədə hava zərbələri nəticəsində azı 20 nəfər öldürülüb


Türkiyə Hərbi Hava Qüvvələrinin İraqla sərhəddəki Şırnak vilayətinə endirdiyi hava zərbələri nəticəsində azı 20 adam ölüb.

Şırnak valisi Vahdettin Özkan bildirib ki, “20-yə yaxın adamın ölməsi məlumatı dəqiqdir. Hadisə yerində araşdırmalar aparılır”.

Şırnakın Uludərə bələdiyyə başçısı Fehmi Yaman isə hava zərbələri nəticəsində azı 30 nəfəri öldüyünü deyib.

İddialara görə, ölənlər Türkiyəyə qaçaq yolla mazut gətirən kəndlilər olub.

Türkiyə ordusu son aylar İraqla sərhəd ərazilərdə PKK-çılara qarşı hərbi əməliyyatları davam etdirir.
XS
SM
MD
LG