Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:05

8 faizə düşən yoxsulluq, ən pis yaşayan tələbələr və İran hakerləri ...


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzeti yazır ki, «ƏN PİS YAŞAYAN TƏLƏBƏLƏR AZƏRBAYCANDADIR».

Qəzet prezidentin sərəncamı ilə tələbələrin təqaüdlərinin 10 faiz artırılmasına toxunur. Artıma qədər bakalavr pilləsi üzrə əla qiymətlərlə oxuyan tələbə 80, əla və yaxşı qiymətlərlə oxuyan tələbə 65, yaxşı-kafi qiymətlərlə oxuyan tələbə isə 40 manat təqaüd alırdı.

Rusiyada, Belarusda tələbələr 40-55 dollar təqaüd alsa da, həmin ölkələrdə bütün tələbələr pulsuz yataqxanalarla təmin edilir. Amma Azərbaycanda yataqxanalar və tələbələr üçün imtiyazlar yoxdur, 100 manatdan ucuz isə kirayə ev tapmaq mümkün deyil.

«2011-Cİ İLDƏ İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ AZƏRBAYCAN BÖYÜK UĞURLAR ƏLDƏ EDİB». Bu fikirlər YAP icra katibinin müavini Mübariz Qurbanlıya məxsusdur. «Yeni Azərbaycan» qəzetində yer alan bu yazıda M.Qurbanlı 2011-ci il yoxsulluğun azaldılması sahəsində də ciddi addımların atıldığını deyir:

«Belə ki, hazırda ölkəmizdə yoxsulluğun səviyyəsi 8 faiz civarındadır və bu, çox vacib göstəricidir».

«Bizim yol» qəzeti AXCP Gənclər Komitəsi üzvü Cabbar Savalanın prezidentə əfv olunması üçün müraciət edib-etməməsindən yazır:

«CABBAR SAVALANLI ƏFV ƏRİZƏSİ YAZIB?» sərlövhəli yazıda deputat Çingiz Qənizadənin fikirlərinə yer verilib. O, Cabbar Savalanlının əfv olunmaq üçün prezidentə iki dəfə müraciət etdiyini deyib.

Cabbar Savalanlı isə «belə bir ərizə olsaydı, hakimiyyətin nəzarətində olan KİV-lərdə surəti çoxdan çap olunardı» deyə deyilənləri təkzib edib.

«Exo» qəzeti İran hakerlərinin «Yeni Azərbaycan» qəzetinin saytına hücum etdiyini yazır:

«Problem mütəxəssislər tərəfindən aradan qaldırılıb. Və təsdiqlənib ki, İP İrana məxsusdur…».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG