Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:48

Nazarbayevdən Anara mükafat


Azərbaycan Yazıçılar Birliyində Xalq Yazıçısı Anara “Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi” diplomunun və yubiley medalının təqdim olunması mərasimi keçirilib (AzərTAc).

Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Anara diplom və yubiley medalı, habelə xatirə hədiyyəsi təqdim edib.

Qazaxıstan diplomatı deyib ki, Anar bu yüksək mükafata Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin inkişafında və möhkəmlənməsində böyük xidmətlərinə görə layiq görülüb.
.
Səfir xatırladıb ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fərmanı ilə bu mükafata, həmçinin xarici işlər naziri Elmar Məmmədyarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, sənaye və energetika naziri Natiq Əliyev layiq görülmüşlər.

Anar cavab sözündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə minnətdarlığını bildirərək, bu yaxınlarda Astanaya səfərindən danışmış, bu şəhəri səhrada möcüzə adlandırıb.
XS
SM
MD
LG