Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:19

Rusiya məhkəməsi Krişnaçıların kitablarını qadağan etmədi


Rusiya məhkəməsi hindu dini mətnlərinin qadağan olunması iddiasını təmin etməyib.
Novosibirsk prokuroru iddia edirdi ki, Krişnaçıların çap elədiyi “ Bhagavad Gita olduğu kimi “ kitabını tərcüməsi qadağan olunmalıdır, çünki mətndə ekstremist və dinlərarası münasibətləri poza bilən çağırışlar yer alır.

Ancaq məhkəmə hindistanların müqəddəs kitabı olan Bhaqavad Gita və krişnaçı alimin şərhlərinin çapında qanunsuz bir şey görməyib.

Hindistan Xarici İşlər nazirliyi qərarı şərh edərkən “həssas məsələnin məntiqli həlli”ni təqdir elədiklərini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG