Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 06:34

Türkiyə dövləti öz ədəbiyyatını dünyaya belə tanıdır!


Türkiyə dövləti axır 6 ildə öz ədəbiyyatını dünyada tanıtmaq üçün qibtə doğuracaq işlər görüb.

Türk yazarlarının qələmindən çıxan 985 əsər ümumilikdə 51 dilə çevrilərək dünyanın 40 ölkəsində çap edilib.

Bu işlər 2005-ci ildə başlanan TEDA (Türk Edebiyatının Dışa Açılımı) layihəsi çərçivəsində reallaşdırılıb.

Türkiyə mədəniyyətini, sənət və ədəbiyyatını ölkə xaricində tanıtmaq məqsədi daşıyan layihə çərçivəsində ən çox əsər böyük türk icmasının mövcud olduğu Almaniyada yayınlanıb.

Almancadan sonra türk yazarlarının əsərləri ən çox bolqar və ərəb dilinə çevrilib.

Əsərlərin tərcümə edildiyi başqa dillər:

Albanca, yunanca, rusca, polyakca, rumınca, macarca, gürcücə, urduca, mandarin dili, koreya dili, çexcə, tamilcə, yaponca, ermənicə, fincə...

Layihə çərçivəsində universitetlər və dərnəklər TEDA-ya müraciət edib başqa dillərə çevrilməsini istədikləri əsərləri namizəd göstərə bilərlər.

Xarici dillərə çevrilən əsərlər arasında Cəlaləddin Ruminin ''Məsnəvi”si, Mehmet Akif Ersoyun ''Safahat'ı, Dədə Qorqud Oğuznamələri də var.

Ahmet Hamdi Tanpınar, Peyami Safa, Halide Edip Adıvar, Sait Faik Abasıyanık, Perihan Mağden, Orhan Pamuk, Ahmet Ümit, Buket Uzuner, Hilmi Yavuz, Talat S. Halman, Adalet Ağaoğlu, Orhan Kemal, Elif Şafak, Falih Rıfkı Atay, Aziz Nesin, Can Dündar, Sabahattin Ali və Zülfü Livaneli kimi yazarların kitabları da xarici dillərə çevrilən əsərlər arasındadır.

Hökumət gələn ildən həm də əcnəbilərin türk dilini məsafədən öyrənməsi üçün layihələrə də başlayacaq. Bununla bağlı TRT və başqa televiziyalarla əməkdaşlıq ediləcək.

oxuzalı.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG