Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:40
Dekabrın 28-də Bakının Bilgəh qəsəbəsində «Jumeirah Bilgah Beach Hotel» kompleksinin açılışı olub.

Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

«Azinko Holdinq» şirkətinin tikdiyi hotel binasının sahəsi 54 min kvadratmetrdir.

20 mərtəbədən ibarət hotellin dəniz çimərlik hissəsində eyni vaxtda 600 adamın istirahəti üçün şərait yaradılıb.

Kompleksin dənizkənarı sahilə çıxışında 250, dənizin içərisində, estakada üzərində isə 400 nəfərlik restoranlar var.

Hotel kompleksində 450 nəfərlik konfrans zalı da yer alır. /AzərTAc/

Günün bütün mövzuları

XS
SM
MD
LG