Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:17

İranda 80 yaşlı keçmiş nazir həbs olunub


1979-cu ildə qurulmuş İran İslam Respublikasının ilk xarici işlər naziri, mötədil islamçıların qurumu kimi tanınan Azadlıq Hərəkatı Partiyasının 80 yaşlı lideri Ebrahim Yazdi 8 il həbsə məhkum edilib.

Bu barədə AzadlıqRadiosunun Fərda radiosu məlumat yayıb.

Fəaliyyətinə qadağa qoyulmuş İran Azadlıq Hərəkatı Partiyasının lideri Ebrahim Yazdi milli təhlükəsizliyə qarşı çıxmaqda ittiham olunur.
Siyasi fəallara qarşı belə ittihamlar tez-tez səslənir.

Məlumatlara görə, Yazdi özünümüdafiədən imtina edib, deyib ki, İnqilab Məhkəməsi belə hadisələri dinləmək üçün ixtisaslaşmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG