Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:28

Yeni il bayramında qar olmayacaq


Azərbaycanda Yeni il axşamı qar olmayacaq və hava mülayim keçəcək.

Bu barədə «Trend»ə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib.

O bildirib ki, yaxın günlərdə hava şəraitində ciddi dəyişiklik gözlənilmir.

Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında gündüz 9-12 dərəcə isti proqnozlaşdırılır. Əsasən yağmursuz və dəyişkən buludlu hava şəraiti hökm sürəcək.

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə temperatur 3-5 dərəcə intervalında dəyişəcək. Yanvarın 1-də isə dekabrın 31-nə nisbətən temperatur nisbətən enəcək. Gündüz Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da dekabrın 31-i və yanvarın 1-i yağmursuz, mülayim hava şəraiti hökm sürəcək. Yalnız Lənkəranda fasilələrlə yağış gözlənilir.

Dekabrın 31-də cənub, yanvarın 1-i isə mülayim şimal-şərq küləyinin əsəcəyi proqnozlaşdırılır.
XS
SM
MD
LG