Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

“Amnesty International”: “O biri məhbuslar üçün də kampaniya aparacağıq”


“Amnesty International”ın Orta Asiya və Avropa üzrə direktoru John Dalhuisen deyib ki, onlar əfv sərəncamından həm seviniblər, həm də məyus olublar.

“Biz Cabbarın və ailəsinin sevincinə qoşuluruq” deyən John Dalhuisenin sözlərinə görə, onun ittihamının ləğvi və reputasiyasının bərpası da çox vacibdir.

Cabbar Savalanlı narkotik maddə saxlama ittihamı ilə 2 il 6 ay müddətinə həbs olunmuşdu.

Özü bu ittihamı rədd edir. “Amnesty International” isə Cabbar Savalanlını vicdan məhbusu saymışdı.

John Dalhuisen bəyanatda bildirib ki, “Amnesty International”ın Cabbar Savalanlının müdafiəsi ilə bağlı məktub yazma kampaniyasına ABŞ və digər 80 ölkədən yüzlərlə adam dəstək verib.

Onun sözlərinə görə, Cabbar Savalanlının azadlıqdan buraxılması üçün bir milyondan çox adam müraciət edib.

“Amnesty International” bildirir ki, həbsdə hələ də siyasi fəaliyyətinə görə saxlanan şəxslər qalır və onların da azadlığa buraxılması üçün kampaniyaya başlayacaqlar.

Təşkilat bəyanatında bildirib ki, “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi gələn ilin mayında Bakıda keçiriləcək və onlar beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda insan haqlarının vəziyyətinə yönəltmək üçün yerli fəallara dəstək verəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG