Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:00

Bakıda ölümlə nəticələnmiş kütləvi dava törədənlər saxlanılıb.


Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə zamanı bir nəfəri öldürən, digərini yaralayan Azər İsmayılov saxlanılıb.

Kütləvi davada iştirak edən daha bir neçə nəfərin də saxlanıldığı bildirilir.

Qeyd edək ki, dünən Nərimanov rayonu, Həsən Əliyev küçəsində bir qrup gənc arasında ölümlə və ağır yaralanma ilə nəticələnən kütləvi dava baş verib.

Hadisə zamanı İbrahim Yəhyayev və Elman Hacıbabayev ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yəhyayev xəstəxanada vəfat edib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG