Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:48

Fransa və İtaliyada Azərbaycan Kino Həftəsi keçiriləcək


Gələn il Fransa və İtaliyada Azərbaycanın Kino Həftəsinin keçirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu il ərzində kino sahəsində fəaliyyətin yekunlarına həsr olunmuş tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, gələn il "Azərbaycanfilm" kino studiyasının yenidən qurulması işlərinə başlamaq planlaşdırılır.

Nazir deyib ki, gələn il bu kinostudiyanın gələcək fəaliyyəti ilə bağlı böyük fəaliyyət planı hazırlanacaq.

Azərbaycanın kino sənayesinin getdikcə inkşaf etdiyini deyən Qarayev, builki Kann festivalında Azərbaycanın xüsusi pavilyonunun olmasını və burada Azərbaycan kinosu haqqında məlumatın verilməsini yüksək qiymətləndirib.

"Bu gün komediya filmlərinin çəkilməsi zərurətə cevrilib. Amma fəlsəfi düşüncəyə malik festival filmlərinin gələcəkdə də ortaya çxması arzusundayıq və buna kömək edəcəyik. Biz mütləq bu filmlərin gələcəyinə diqqət yetirəcəyik", - nazir qeyd edib.

trend.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG