Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:27

Gənclər arasında dava düşüb, ölən və yaralanan var


Azərbaycan paytaxtında qətl törədilib.

Bu barədə «APA»ya Nərimanov rayon Polis İdarəsindən bildirilib.

Hadisə dekabrın 27-si saat 15:00 radələrində rayonun Həsən Əliyev küçəsində, «Kral» şadlıq evinin yaxınlığında qeydə alınıb. Bir qrup gənc arasında düşən dava sonda bıçaqlaşma ilə nəticələnib. İki nəfər – 25 yaşlı Elman Hacıbabayev və 22 yaşlı İbrahim Yəhyayev ağır xəsarətlərlə xəstəxanaya aparılıblar. Ürəyindən xəsarət alan İ.Yahyayevi xilas etmək mümkün olmayıb.

Davada iştirak edən digər şəxslər avtomobillə ərazidən uzaqlaşıblar. Hazırda onların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisənin baş vermə səbəbləri isə hələlik məlum deyil.
XS
SM
MD
LG