Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:52

İraq Əl-Qaidəsi bir gündə törədilən terrorları öz üzərinə götürüb


İraqdakı Əl-Qaidə qrupu ötən həftə Bağdadda 70-ə yaxın adamın həyatına son qoymuş terror aktlarının məsuliyyətini öz üzərinə götürüb. Hücumlar zamanı 200-ə yaxın adam da yaralanıb.

Ötə həftə Bağdadda bir gündə 10-dan çox terror aktı törədilmişdi.

Dünən də Bagdadda Daxili İşlər Nazirliyində partlayış baş verib, azı 7 adam ölüb. Onların arasında 4 polis var. 32 adam yaralanıb.

Ölkə hakimiyyətinin sünni və şiə təriqətinə mənsub yüksək vəzifəli şəxsləri arasında bir müddətdir ki, siyasi münasibətlər gərginləşib.
XS
SM
MD
LG