Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:04

«Yarımçıq» əfv fərmanı, məcburi köçkünlərin minnətdarlıq məktubu...


Mətbuat icmalı

Mətbuat icmalı

Dekabrın 27-də çıxan qəzetlərin əksəriyyəti prezidentin əfv fərmanından yazır.

«Azadlıq» qəzeti hesab edir ki, bu əfv fərmanı yarımçıqdır. Çünki «siyasi məhbuslardan yalnız Cabbar Savalanlı və 2 «OMON»çu azad edilib…».

«Yeni Azərbaycan» qəzeti yazır ki, ABŞ-ın «Gallup International» təşkilatının sorğusuna görə, Azərbaycan inkişaf etməkdə olan 51 ölkə arasında 8-ci yerdədir. Sorğu sosial-iqtisadi vəziyyət, həyata keçirilən islahatların səmərəlilik dərəcəsi və bir sıra başqa parametrlər üzrə aparılıb…

«Yeni Müsavat» qəzeti eks-spiker, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevin 100 minlik mitinq təşkil edəcəyi barədə mediaya dediyi fikirlərini yayıb. Rəsul Quliyev deyib ki, «mart ayının sonu, aprelin əvvəlində güclü və fundamental aksiya keçirməyi planlaşdırır…».

«Bizim Yol» qəzeti qeyd edir ki, dövlətə 2.2 milyon manata başa gələn park dağıdılır. ««Azadlıq prospekti» metro stansiyasının üstündə yerləşən parkın ərazisində hazırda tikinti işləri aparılır. Tikintidə işləyən fəhlələrin dediyinə görə, orada ticarət mərkəzi inşa ediləcək…».

«Azərbaycan» qəzeti yazır ki, məcburi köçkünlər prezidentin öz yubileyini Qarabağda qeyd etməsini onlara göstərilən ali dəyər kimi qiymətləndirirlər. Köçkünlər bu barədə dövlət başçısına minnətdarlıq məktubunda yazırlar…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG