Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:46

Tacikistanda terrora görə 50-dən çox adam tutulub


Tacikistanda Regional Məhkəmə ötən ilin sentyabrında baş vermiş terror aktına görə 53 adamı təqsirli bilib.

Bildirilib ki, onlardan 43-ü Özbəkistanda İslam Hərəkatının üzvləridir.

Məhkəmədə 5 nəfərə ömürlük, digərlərinə səkkiz ildən 30 ilədək həbs cəzası verilib.

Ötən il ölkənin ikinci böyük şəhərində baş verən terror aktı zamanı 2 polis və 2 mülki şəxs öldürülüb, 28-dən çox adam yaralanıb.

Guya Özbəkistandakı İslam Hərəkatı Orta Asiyada dünyəvi dövlətləri devirmək və İslam dövlətlərini yaratmağa çağırıb.
XS
SM
MD
LG