Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:06

Gürcüstan vətəndaşı hərbi təyyarənin mühərrikinə düşərək ölüb


Hadisə Müdafiə Nazirliyinin Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən hərbi aerodromda qeydə alınıb. Hərbi Hava Qüvvələrinə məxsus «Su-25» təyyarəsini təlim uçuşuna hazırlayan Yuri Kulaçkov təyyarənin hava soran borusuna düşərək ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev «APA»ya bildirib ki, hadisə dekabrın 26-da baş verib.

Tağıyev qəsəbəsindəki N saylı hərbi hissəyə ezam olunmuş Gürcüstan vətəndaşı Yuri Kulaçkov ehtiyatsızlıqdan təyyarənin mühərrikinə düşərək ölüb.
XS
SM
MD
LG