Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:11

Millət vəkilinin aylıq dolanışıq xərcləri


Kocaeli millət vəkili Lütfü Türkkan
Kocaeli millət vəkili Lütfü Türkkan
Türkiyədə Milliyətçi Hərəkat Partiyasından Kocaeli millət vəkili Lütfü Türkkan bir millət vəkilinin aldığırəsmi maaşı ilə - 11 min lirə (təxminən 4500 manat) ilə dolanmasının qeyri-mümkün olduğunu bildirir.

O, özünün bir aylıq bütün xərclərinin siyahısını jurnalistlərə verərək millət vəkili maaşı ilə bu siyahıdakı xərclərlə millət vəkilinin maaşını müqayisə etməyi jurnalistlərin öhdələrinə buraxır.

Beləliklə, Türkiyədə millət vəkili Lütfü Türkkanın aylıq xərcləri:

  • - Ankarada ortabab bir mənzilin kirayəsinə 2500 lirə (1000 manat)
  • - Kommunal xərclər – su, elektrik, isitmə və s. 174 lirə (296 manat)
  • - Bir maşınım var, keçən ay benzinə 400 lirə vermişəm. (166 manat)
  • - Mənim telefon xərcimi məclis ödəyir. Amma təmsilçilərin və katibənin telefon xərclərini mənim maaşımdan tuturlar. O da keçən ay 530 lirə edib. (220 manat)
  • - Keçən ay seçildiyim bölgə də daxil olmaqla dəvət edildiyim bölgələrə səfərlərim üçün təyyarə biletlərinə 2246 lirə ödəmişəm. (932 manat)
  • - Seçildiyim bölgədən, ya da başqa yerlərdən Ankaraya gələn vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılanıb yerləşdirilməsinə, onların yol xərclərinə 2600 lirə (1079 manat).
  • - Qərara gəlmişəm ki, toyalara getməyəcəm. Seçildiyim bölgədən toylara və yas mərasimlərinə dəvət olunanda sadəcə gül dəstəsi göndərirəm. Bir dəstə belə gülün qiyməti 50 lirə edir (20 manat). Keçən ay 1350 lirəlik (560 manat) gül göndərmişəm.
  • -Hər gün kostyum geyinmək lazımdır. Təmizlikçiyə də aya 400 lirə (166 manat) ödəmişəm.

Millət vəkilinin ailəsinə onun maaşından 450 manat qalır

Yəni millət vəkili Lütfü Türkkan aldığı 11 000 lirə maaşın 10 000 lirəsini ailəsinin ehtiyaclarından kənar xərclərə verməli olur. Ailəsinə isə təxminən 1000 lirə (450 manat) qalır.

Oxuyan dörd uşağının olduğunu deyən millət vəkili yerdə qalan pula ailəsini dolandırmağın olduqca çətin olduğunu bildirən millət vəkili deyir:

“İndi əlac ona qalır ki, ya hansısa firmanın lobbiçiliyini edəsən, haram tikə yeməyin əndişəsini daşımırsansa, pisliyə qarışacaqsan. Minimum əməkhaqqı əlbəttə, çox azdır. Amma millət vəkilini də hansısa lobbiçilərin qarşısında fərəqət durumunda gözlətməyin əvəzi də dövlətə başa gələ bilər. Mən bir dürüst millət vəkilinin təkcə maaşı ilə vəzifəsini görə biləcəyinə inanmıram. Özüm maaşımı almadığım üçün bunları sizlərlə bölüşməyim daha asan oldu. İndi təqdir sizindir.”

Millət vəkili Lütfü Türkkan seçildiyi ilk günlərdən elan edib ki, parlamentdən aldığı maaşın hamısını 50 tələbəyə təqaüd verir. Özünün isə başqa qanuni gəlir mənbəlrəi ilə dolandığını bildirir.

Azərbaycanda da millət vəkilləri tez-tez maaşlarının az olmasından gileylənirlər. İmkanın olsaydı, hansı millət vəkilindən gəliri ilə aylıq xərclərini soruşardın?

Şərhlər bölməsinə fikirlərini göndər, müzakirəyə qoşul.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG