Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:14

Gənc bloqqer sərbəst buraxılıb


AzadlıqRadiosunun müxbiri xəbər verir ki, polis tərəfindən saxlanılan gənc bloqqer Orxan Rasimoğlu polisə izahat verdikdən sonra sərbəst buraxılıb. Orxan Rasimoğlu AzadlıqRadiosuna bildirib ki, polis onu 7 manat cərimə edib və onun fəaliyyəti ilə maraqlanıb.

***

Nəsimi rayon 21-ci Polis bölməsinin qarşısına toplaşan gənc fəalları polis əməkdaşları ərazidən kobudluqla uzaqlaşdırmağa başlayıb.

***
Gənc bloqqer Orxan Rasimoğlu polis bölməsində saxlanır. Bu barədə AzadlıqRadiosuna məlumat verən NİDA vətəndaş hərəkatının fəalı Etibar Salmanlının sözlərinə görə, dekabrın 26-da Orxan Rasimoğlu Bakının Nəsimi rayon 21-ci polis bölməsinə çağrılıb: “İki saatdır ki, Orxanı ordan buraxmırlar, nə də onun yaxınlarına içəri girməyə icazə verirlər”.
Etibar Salmanlı deyir ki, dekabrın 24-də Rusiya müxalifətinin mitinqinə dəstək vermək üçün NİDA-çılar aksiya keçiriblər və Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısına plakat yapışdırıblar: “Həmin plakatda yazılmışdı ki, “biz ad günü keçirmirik, Rusiya xalqının yanındayıq”. Plakatı Orxan yapışdıranda polis onu saxlamışdı. O gün 2 saat saxlayıb buraxmışdılar. Bu gün yenə çağırıblar”.
Nəsimi rayon 21-ci polis bölməsindən məsələyə münasibət öyrənmək istəsək də, bölmədən sualımızı dinləyib nə təsdiq, nə təkzib etdilər.
XS
SM
MD
LG