Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:18

İsrail parlamentində "erməni soyqırımı" müzakirəsi başlandı


Dekabrın 26-da İsrail parlamentinin elm və mədəniyyət komitəsi 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin öldürülməsinin “soyqırım” kimi tanınması barədə təklifi nəzərdən keçirməyə başlayıb.

İsrailin Xarici İşlər Nazirliyi deputatlara xəbərdarlıq edib ki, İsrail və Türkiyə arasında münasibətlərin kövrək olduğu bir vaxtda belə bir təklifin qəbulu “qırmızı xətti” keçmək olardı.

Parlament komitəsi təklifin müzakirəsinə daha bir gün həsr edəcəyini bəyan edib.

Ötən il İsrail xüsusi təyinatlıları Türkiyədən Fələstinə humanitar yardım aparan gəmiyə hücum edəndən və 9 nəfəri öldürəndən sonra iki ölkə arasında münasibətlər gərginləşib.

Türkiyə İsrailin üzr istəməsini tələb etsə də, İsrail buna ehtiyac görmür.

Bir neçə gün əvvəl Fransa parlamentinin aşağı palatası da “erməni soyqırımını inkar edənlərə cəza” nəzərdə tutan qanun layihəsini qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG