Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:06

Əfv sərəncamı imzalandı, Cabbar Savalanlı evindədir (VİDEO)


Cabbar Savalan azadlıqda
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00
Direct-ə keçid

"İstərdim bütün əqidə yoldaşlarım azadlığa buraxılsın". Prezidentin əfv fərmanından bir-neçə saat sonra azadlığa çıxan Cabbar Savaıanın ilk müsahibəsinin ilk sözü belə oldu. Nüşabə Fətullayeva və Cavanşır Ağamalıyevin videoreportajı

Cabbar Savalanlı artıq evlərindədir. Ədliyyə işçiləri prezidentin əfv sərəncamının dekabrın 27-də icra ediləcəyini desələr də Cabbar Savalanlı bu gün axşam saatlarında evinə aparılıb.

***

ƏFV OLUNMUŞ ŞƏXSLƏRİN SİYAHISI

Prezident İlham Əliyev 92 məhkumun əfv olunması haqqında 2011-ci il dekabrın 26-da sərəncam imzalayıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev AzadlıqRadiosuna deyib ki, sərəncamın icrasına dekabrın 27-si səhər tezdən başlanacaq.

Cabbar Savalanlı evlərində
Cabbar Savalanlı evlərində
Sərəncamda 75 məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs şərti cəzadan, 2 nəfər islah işləri cəzasından, 14 şəxs isə cərimə cəzasından azad edilirlər.

İlkin araşdırmalara görə siyahıda AXCP gənclər təşkilatının fəalı Cabbar Savalanlının da adı var. Bu il mayın 4-də Sumqayıt şəhər Məhkəməsi Cabbar Savalanlını 2 il yarım müddətinə azadlıqdan məhrum edib. O qanunsuz narkotik maddə saxlamaqda ittiham olunub.

Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onun həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Sonuncu əfv fərmanı 2011-ci il mayın 26-da imzalanıb. Əfv ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında jurnalist Eynulla Fətullayev də olub.

«İSLAHATLARIN QABAĞINDAKI MANEƏ İLHAM ƏLİYEVİN ÖZÜDÜR»

Əli Kərimli
Əli Kərimli
«Bu əfv sərəncamı cəmiyyətin gözləntilərini doğrultmadı». Bunu AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna ölkə prezidenti İlham Əliyevin dekabrın 26-da verdiyi əfv sərəncamını şərh edərkən bildirib. Sərəncam 95 məhbusa əhatə edir, onların arasında bir qrup hüquq müdafiəçisinin, beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı, gənc bloqçu Cabbar Savalanlı, 1995-ci ilin martında baş vermiş XTPD («OMON») hadisələrinə görə həbs edilən Nizami Şahmuradov və Mehman Məmmədov var.

Əli Kərimli bu və digər məhbusların azadlığına sevindiyi deyir, amma hesab edir ki, ölkə rəhbərliyi bu sərəncamla ölkədə siyasi məhbus məsələsini çözə bilərdi: «Ölkə ombudsmanı, yerli və beynəlxalq ictimaiyyət istəyirdi ki, vicdan məhbusları azadlığa buraxılsın. Hər kəs istəyirdi ki, ölkədə bu problem həll olunsun. Belə çıxır ki, islahatların qarşısında ən böyük maneə İlham Əliyev özüdür, məhbusları azad eləmədi, üstəlik azad olunan gənc məhbusun da yerini dərhal doldurdular. AXCP-nin Naxçıvan üzrə sədrinin qardaşını həbs etdilər. Yəni siyasi məhbus məsələsində pozitiv bir dönüş yoxdur. Çox təəssüf ki, Azərbaycan iqtidarı dünyada baş verənləri qiymətləndirib adekvat reaksiya vermək iqtidarında deyil».

SƏİDƏ QOCAMANLI MƏYUS OLUB

Belə əfvin onda məyusluq yaratdığını deyən hüquq müdafiəçisi Səidə Qocamanlının da fikrincə, bu sərəncam onun gözlədiyi olmadı: «Bizim monitorinq qrupunun siyahısında 27 siyasi məhbus var (Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu. Bu qurumda Səidə Qocamanlı, Novella Cəfəroğlu və Çingiz Qənizadə təmsil olunur-müəl.). Onlardan yalnız 3-ü əfvə düşüb. Halbuki biz müraciət eləmişdik ki, siyahıdakı məhbuslar azadlığa buraxılsın, bu siyahı, bu mövzu qapansın. Onların əksəriyyəti elə 2 aprel (İctimai Palatanın 2 aprel aksiyasına görə həbs olunanlar) məhbuslarıdır. Əfsuslar olsun ki, belə
Fəzail Ağamalı
Fəzail Ağamalı
olmadı».

«PREZİDENTİ YALNIZ ALQIŞLAMAQ LAZIMDIR»

«Bu əfvə görə prezidenti alqışlamaq lazımdır». Bunu isə hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyir. Onun sözlərinə görə, prezident növbəti humanist addım atıb xeyli adama bu Yeni ili öz evində qarşılamaq imkanı yaradıb: «Bu sərəncam haqqında konyukturaya uyğun, siyasi mənsubiyyəti önə çəkib qiymətləndirmək qəbul edilməzdir. Təəssüf edirəm ki, belə hallar var. Hesab edirəm ki, Azərbaycanda siyasi məhbus anlayışı yoxdur. Bu, bir sıra Qərb dövlətlərinin Azərbaycana təsir göstərmək üçün vasitədir, həm də adını hüquq müdafiəçisi qoyan bəzi şəxslərin biznes formasıdır. Halbuki, bu addıma görə, prezidenti yalnız alqışlamaq lazımdır».
XS
SM
MD
LG