Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:32

"Azad" romanı təqdim edilib


"Əli və Nino" kitab evində, gənc yazar, bloqqer Araz Bayramovun “Azad” romanının təqdimatı keçirilib. Müəllif bir gəncin həyatının fonunda cəmiyyəti narahat edən, ictimai problemləri, sosial ədalətsizliyi, insan hüquqlarının pozulmasını, siyasi məhbusların qarşılaşdığı ağrılı taleni təsvir edir. Romanın baş qəhramanı, yüksək çinli məmur övladı olan, lakin yaşadığı ədalətsiz mühitlə barışmayan, çıxılmaz suallar qarşısında qalan Orxandır.

Onun ətrafı azad düşüncəli gəncliyə gülən, “nə üçün mümkünsüzü mümkün etməyə çalışırsınız” – deyə ruhdan salmaq istəyən mühafizəkar insanlarla doludur.

O isə tamam fərqli düşünür. Günahsız yerə həbs olunmuş bir siyasi məhbusa kömək etməyi planlaşdıran Orxan bu məqsədinə çatmaq üçün, hətta atasına da qarşı çıxır. Romanda şərlənərək həbs olunmuş, gənc siyasi məhbus Cabbar Savalanın prototipini görmək mümkündür.
Bununla yanaşı, əsərdə müəllif müasir dövr Azərbaycan təhsilinin acınacaqlı vəziyyətini, univerisitet mühitini təsvir etmiş, total savadsızlığa şərait yaradan, yalançı əxlaq dəyərlərini mühafizə edən əslində isə rüşvətxor olan əxlaqsız elmi işçilərin gerçək obrazını yaradıb.
AzadlıqRadiosuna açıqlama verən Araz Bayramov bildirib ki, kitab azad düşüncəli gəncliyin romanıdır, ölkədəki haqsızlıqlarla barışmayan insanlara stimul vermək üçün yazılıb.
XS
SM
MD
LG