Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:39
Gələn il dünya kinosunun ən məşhur sarışını sayılan Merilin Monronun ölümünün 50-ci ili ilboyu anılacaq.

Romada nəşr edilən “Vaniti Feyir” dərgisi belə yazır. Yenə həmin dərgidə bildirilir ki, intiharı bugünədək dartışılan Hollivud ulduzunun xatirəsi çeşidli tədbirlərlə qeyd ediləcək.

Merilin Monronun həyat və sənət hekayətləri cürbəcür realiti şoularda, fotoqrafiya sərgilərində, sənədli filmlərdə diqqətə yetiriləcək.

Merilinin rol aldığı filmlər gələn il boyunca təkrar göstəriləcək. Ünlü aktrisanın məzarı başında da özəl bir mərasim keçiriləcək.

Hollivud Bulvarı başdan-başa dünyanın ən tanış foto-görüntülərindən biriylə - Merilin Monronun ətəyinin havalandığı səhnənin fotolarıyla bəzədiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG