Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:54
İran universitetlərində təhsil müddətində 1 semestr Azərbaycan dili dərsləri tədris edilə bilər.

Bu barədə İran Ali Mədəniyyət Şurasının sədri Məhəmmədrza Moxber Dezfuli bildirib. O deyib ki, İran universitetlərində 4 ay Azərbaycan dilinin tədris edilməsi mümkündür. Dərslərdə iştirak könüllü olacaq:

«Tədris yalnız İran Ali Mədəniyyət Şurasının layihəsi çərçivəsində həyata keçirilə bilər. Dərslərə Fars dili və Ədəbiyyatı Mədəniyyət Mərkəzi də nəzarət etməlidir».

İran Ali Mədəniyyət Şurası 2009-cu ildə universitetlərdə qeyri-fars dilinin tədrisi ilə bağlı layihə hazırlayıb. Azərbaycan, kürd, türkmən və bəluc dillərinin tədrisi üçün nəzərdə tutulan layihə hər seçkiqabağı gündəmə gətirilib müzakirə edilsə də, indiyədək həyata keçirilməyib. /apa/

Şərhləri göstər

XS
SM
MD
LG