Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:30

İstənilən adam «Eurovision» reklamında çəkilə bilər


Gələn ilin mayında Bakıda keçiriləcək «Eurovision» mahnı yarışması ilə əlaqədar promo-video çarxların çəkilişləri üçün elan verilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi saytında bildirilir ki, Azərbaycanı «Eurovision» mahnı müsabiqəsinin promo-video çarxlarında təmsil etmək istəyənlər üçün yaş məhdudiyyəti yoxdur.

Müraciət etmək istəyənlər «Eurovision-2012»nin «Facebook» sosial şəbəkəsindəki rəsmi səhifəsindən məlumat ala bilərlər.

«Eurovision 2012» mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 22 və 24-də, finalı isə mayın 26-da Bakıda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG