Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:03

Bu həftə Bakı-Təbriz aviareysi açılır


Dekabrın 31-dən etibarən İranın «Kish Air» aviaşirkəti Təbriz-Bakı marşrutu ilə birbaşa sərnişin aviareysini açacaq.

Bu barədə «APA»ya Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Aeroportdan bildirilib ki, həmin marşrut üzrə uçuşlar hər həftənin II və VI günləri yerinə yetiriləcək. Bakıdan Təbrizə uçuş saat 18:45-də olacaq:

«Bakı-Təbriz marşrutuna bir aviabiletin qiyməti 89 manat, hər iki istiqamətdə isə 175 manat təşkil edir».

Hazırda Azərbaycanla İran arasında yalnız Bakı-Tehran aviareysi üzrə uçuşlar yerinə yetirilir. /apa/
XS
SM
MD
LG