Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:26

Azərbaycan yüklərin Avropadan Əfqanıstana daşınmasını öhdəsinə götürüb


Foto: Arxiv

Foto: Arxiv

Azərbaycan noyabrın 1-dən Əfqanıstandakı NATO koalisiyası üçün Avropadan yüklərin daşınmasında Gürcüstanın «Sky Georgia» aviaşirkətini əvəz edib.

Bunu aviaşirkətin rəhbəri Georgi Kodua bildirib.

G.Kodua deyib ki, «Sky Georgia»nın daşımalardan uzaqlaşması İqtisadiyyat Nazirliyi tərəfindən daşıma icazəsinin ləğvi ilə bağlıdır. İndi daşınmalar Azərbaycan təyyarələri vasitəsilə həyata keçirilir.

Gürcüstan hökuməti «Sky Georgia» şirkətinin lisenziyasını geri almasına səbəb kimi şirkətin Rusiya istehsalı olan təyyarələrindən istifadə etməsini göstərib.

«Sky Georgia» 2 il NATO yüklərinin Avropadan Əfqanıstana daşınmasında iştirak edib. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG