Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:57

Yaşar Kamal fransız ordenini aldığı üçün sərt tənqid edilir


Yashar Kemal
Yashar Kemal
"Erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi Fransa parlamentinin aşağı palatasında müzakirəyə çıxarılan ərəfədə - dekabrın 18-də görkəmli türk yazıçısı Yaşar Kamala Fransanın ali mükafatı olan Legion Ordeni təqdim edilib.

Dəbdəbəli təqdimat mərasimi İstanbuldakı Fransa Sarayında baş tutub.

1804-cü ildə Napoleonun təsis etdiyi ordeni yazıçıya fransız generalı, Jean-Louis Georgelin təqdim edib.

Mərasimdə bildirilib ki, orden Yaşar Kamala "təkcə ədəbiyyat sahəsindəki xidmətlərinə görə yox, həm də beynəlmiləl dialoqa verdiyi töhfələrə görə" təqdim edilir.

87 yaşlı yazıçı mərasimdəki çıxışında deyib ki, o. ümidi bəşər tarixində ən böyük nemət sayır və o öz əsərlərində məhz ümid şərqisini səsləndirməyə çalışır.

Yaşar Kamaldan öncə Fransanın Legion ordeninə Türkiyə Cümhuriyyətinin banisi Atatürk, sabiq xarici işlər naziri və tanınmış siyasətçi Murat Karayalçın, biznesmen və xeyriyyəçi, porf. İhsan Doğramacı və tanınmış biznesmen Güler Sabancı layiq görülüblər.

Amma Yaşar Kamalın ordeni qəbul etməsi Türkiyədə birmənalı qarşılanmayıb. Bəzi köşə yazarları Fransanın bu addımının siyasi olduğunu, parlamentdəki "soyqırım səsverməsi"nə türk cəmiyyətinin reaksiyasını yumşaltmağa yönəldiyini iddia edib.

Yazıçını ordendən imtina etməyə çağıranlar da olub.

Sərt yazılardan birini BURDA oxu.

oxuzali.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG