Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:24

Roma papası dini birliyə çağırıb


Roma papası XVI Benedikt Milad bayramı münasibətilə çıxışında dnivə mənvi birliyə çağırıb.

Papa ənənəvi olaraq Vatikandakı Peter kilsəsində keçirdiyi mərasimdə Afrika ölkələrində aclıqdan əziyyət çəkənlərə dua oxuyub, İsrail-Fələstin sülh danışıqlarının bərpa edilməsi,

Suriyada qan tökülməsinin dayanması, İraq və Əfqanıstanda vəziyyətin sabitləşməsini dua edib.

Papanın müraciəti 60 ölkəyə yayımlanıb.

Papa həmçinin bundan əvvəl Miladın mənfəət bayramına çevrilməsini pisləyib.

Həmçinin İsa peyğəmbərin doğulduğu Betlehem şəhərinə 10 minlərlə adam yığışıb.

Bu şəhər İordan çayının qərb sahilində, Fələstin muxtar ərazilərində yerləşir.

Dünya Katolikləri bu gün Milad bayramını qeyd edirlər.
XS
SM
MD
LG