Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:56

Katolik kilsəsində baş vermiş partlayışda 19 adam ölüb


Nigeriyanın paytaxtı Abucanın ətrafındakı katolik kilsəsində baş vermiş partlayışda azı 19 adam ölüb.

Bu barədə Reuters agentliyi yerli sakinlərə istinadla xəbər verir.

İbadət vaxtı baş vermiş partlayışın səbəbi hələlik bəlli deyil.

Partlayışa görə cavabdehliyi heç kim üzərinə götürməyib.

Ekstremist, islamçı Boko Haram qrupu ölkədə vaxtaşırı hücumlar törədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG