Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:38

Katoliklər Mİlad bayramını qeyd edirlər


Roma Bapası XVI Benedikt Miladın mənfəət bayramına döndərilməsini tənqid edib.

O bunu Milad bayramı münasibətilə Vatikandakı müqəddəs Peter kilsəsində çıxış edərkən deyib.

Papa qeyd edib ki, Milad bu gün kommersiya bayramına cevrilir və
bütün bu zahiri parıltılar bizi itaətkarlıq və sadəliyə çağıran tanrının sirli təvazökarlığını pərdələyir.

Roma papasının bu gün ənənəvi olaraq “Urbi et Orbi”( Latınca Şəhərə və dünyaya) müraciəti olacaq.

Həmçinin İsa peyğəmbərin doğulduğu ehtimal olunan Betlehem şəhərinə 10 minlərlə adam yığışıb.

Bu şəhər İordan çayının qərb sahilində, Fələstin muxtar ərazilərində yerləşir.

Dünya Katolikləri bu gün Milad bayramını qeyd edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG